RU

Payızda baş qaldıran infeksion xəstəlikdən necə qorunaq? VİDEO

Qızdırma, qusma, ishal günlərlə, bəlğəmli öskürək isə bəzən 1 aya yaxın davam edir. Hazırda bu əlamətləri olan infeksion xəstəliklər geniş yayılıb.

Xezerxeber.az-ın xəbərinə görə, infeksionist Namiq Nəbiyev deyir ki, bu xəstəliklər 1 aya yaxındır ki, müşahidə edilir. Bəzi insanlarda həm qusma, həm də ishal, bəzilərində isə bunlardan yalnız biri olur. Bəzi şəxslərdə isə sadəcə öskürək özünü göstərir. Yəni, immun sisteminin gücünə görə hər kəs xəstəliyi bir cür keçirir.

Hazırda xüsusilə azyaşlılar arasında bəlğəmli öskürək geniş yayılıb. Bu hal uşaqların nəfəs almasını çətinləşdirir, boğazdakı bəlğəm onları boğur və dayanmadan öskürürlər.

Həkim deyir ki, xəstəlik əsasən 3-5-7 gün davam edir. Ev şəraitində müalicə əksər hallarda heç bir effekt vermir. Vaxtında, ağırlaşma olmadan həkimə müraciət etmək lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
106
xezerxeber.az

1Источники