RU

Giləzi-Quşçuluq Aqrar Sənayə Kompleksi cərimələndi

“Giləzi-Quşçuluq Aqrar Sənayə Kompleksi” MMC məcburi auditdən yayındığına görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Cərimənin məbləği açıqlanmayıb.

Xatırladaq ki, “Giləzi-Quşçuluq Aqrar Sənayə Kompleksi” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 420 000 manat, qanuni təmsilçisi Usubov Elşən Namiq oğludur.

 

Избранный
30
iqtisadiyyat.az

1Источники