RU

AMB sədri iqtisadi artım proqnozunu açıqlayıb

9 ayın nəticələrinə əsasən iqtisadi artım 4,9 faiz təşkil edib.

FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O bildirib ki, iqtisadi artımı təşviq edən, yəni sürətləndirən bəzi iqtisadi sahələr var. Misal üçün tikinti sahəsi artımı 18,2% təşkil edib, turizm sahəsində 10,6 faiz artım müşahidə olunur, nəqliyyat və anbar sahəsində 16 faiz, İKT sahəsində 12,3% artım olub. Bu ilin sonuna iqtisadi artımın 3,9%, növbəti ildə isə 3,3% artımın olmasını gözləyirik.

Qeyri-neft iqtisadiyyatının artımı 6,5% bu il üçün, növbəti il isə 5,1% olacaq. İyul ayının sonunda biz bu il üçün qeyri-neft iqtisadiyyatının artımını 5,7% proqnozlaşdırmışdıq. 

Cari əməliyyat balansının profisiti ÜDM 7,5% təşkil edib. Cari əməliyyat balansı ilə bağlı da proqnozlar müsbətdir, bu il üçün 5,3 milyard, gələn il üçün isə 5,5 milyard ABŞ dolları profisit gözlənilir.

Избранный
31
fed.az

1Источники