RU

SEPAH terror təşkilatı kimi tanınsın

Almaniyanın xarici işlər naziri Annalena Berbok SEPAH-ın Avropa Birliyi (AB) səviyyəsində terror təşkilatı kimi tanınmasının tərəfdarıdır.

O, bu barədə Nyu Yorkda jurnalistlərə açıqlamasında bildirib.

“AB-də biz, Almaniya hökuməti, mən, Almaniyanın xarici işlər naziri olaraq, müxtəlif sanksiya rejimləri altında yüzlərlə məsul şəxsə qarşı sanksiya tətbiq etmişik. Düsseldorf Ali Məhkəməsinin qərarından sonra bizə hüquqi əsas yaranıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçular siyahısına salaq”, - o deyib.

Qeyd edək ki, İranın Almaniya vətəndaşı Cəmşid Şarməhdi edam etməsindən sonra iki ölkə arasındakı münasibətlər dahada gərginləşib.

Almaniya hökuməti İranın Munix, Frankfort və Hamborq şəhərlərindəki baş konsulluqlarını bağlayıb.

visiontv.az



Избранный
23
visiontv.az

1Источники