RU

Gəncliyimizi kim MƏHV EDİR? – “Artıq kişilər qadın kimi…”

“Çox təəssüf ki, insanların cinsiyyət dəyişdirməsi kimi əxlaqsızlıq simvolu olan bu proses dünyada, o cümlədən Azərbaycanda da aparılır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

 

Onun sözlərinə görə, adıçəkilən proses məqsədli və xüsusi şəkildə hazırlanmış doktrinalarla Şərq cəmiyyətini sarsıtmağa, mənəvi dəyərləri məhv etməyə və bioloji cəhətdən insanı təbii fitrətindən çıxartmağa xidmət edir.

“İnsan psixologiyasını pozan, milli-mənəvi dəyərləri məhv edən bu proses hər gün milyonlarla insanı əxlaqsızlığın son dərəcəsinə çatdırır. Bütün bu təbliğatlara isə sözün əsl mənasında tüpürmək lazımdır. Bu, gözümüzün qabağında ağıla gəlməyən murdar, rəzil, iyrənc, dəhşətli bir prosesdir və biz cəmiyyət olaraq buna “yox” deməliyik. Bu, bizi sonu olmayan faciəvi bir bataqlığa aparır. Şərq cəmiyyəti olaraq biz milli-mənəvi dəyərlərimizi qorumalı və ona nəzərən hərəkət etməliyik. Cəmiyyət o qədər pozulub ki, artıq kişilər qadın kimi, qadınlar kişi kimi hərəkət edir. Bunu isə dırnaqarası “müasir gənclik” adı altında insanlara sırıyırlar. Təəssüflər olsun ki, ya mediada, ya da cəmiyyətdə bununla bağlı ciddi addımlar atılmır. Bununla əlaqədar dövlət də qətiyyətli bir tədbir görməlidir. Həmin şəxslər ağır şəkildə cəzalandırılmalı və məsuliyyətlə cəlb olunmalıdırlar”, – deyə o deyib.

Sosioloq əlavə edib ki, digər problem isə bu kimi şəxslərə milyonlarla pul ayrılaraq onların dəbdəbəli həyatlarını cəmiyyətə sövq etmələridir:

“Əfsuslar olsun ki, müxtəlif qurumlar, xüsusi şəxslər tərəfindən bu kimi insanlara milyonlarla pul ayrılır. Səbəb isə onların dəbdəbəli həyatlarını gənclərə nümunə olaraq göstərmək və gəncləri də bu şəxslərə bənzəməyə meyl etməkdir. Bunların bu dəbdəbəli həyatın görən gənclər də istər-istəməz özlərini bunlara bənzədir və onlar kimi həyat yaşamaq arzusunda olurlar.

Bundan əlavə, belə şəxslərin sosial medialarda xüsusi reklamları da var. Bu şəraiti yaradan isə məhz biz özümüzük. Həqiqətən, çox acınacaqlı bir vəziyyətdir. Hədər olan gəncliyimiz olur. Axı bu gənclər bizə AXC-dən (Azərbaycan Xalq Cümhuriyyəti – red.) miras qalan bu ölkənin gələcəyidir. Bəyəm, gələcəyimizi bu gənclərmi təmsil edəcək?! O zaman bizi çətin və mürəkkəb bir dövr gözləyir. Bununla bağlı dövlət və cəmiyyət birgə işləməli və məsələyə son qoymalıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

Избранный
32
yenicag.az

1Источники