RU

Bank sistemlərinin fəaliyyətinə dəstək şöbəsi üzrə mütəxəssis - VAKANSİYA

"Xalq Bank" ASC, Bank Fəaliyyətinə Dəstək İdarəsinin Bank sistemlərinin fəaliyyətinə dəstək şöbəsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Biznes, İT əməkdaşları və Vendorlarla komanda şəklində işləmək,
  • Biznes tələbləri toplamaq və təhlil etmək;
  • Proseslərin mövcud və yeni (as is, to be) modellərini tərtib etmək;
  • Texniki tapşırıq hazırlamaq və təqdiq olunmuş texniki tapşırıqları təhlil etmək;
  • Test nümunələrinin (test keyslər) hazırlanmasında və testlərin keçirilməsində iştirak etmək;
  • Avtomatlaşdırılmış proseslərə sonraki nəzarəti təşkil etmək;
  • Bank proqramlarında yaranmış problemlərin araşdırılmasını və aradan qaldırılmasını təmin etmək;
  • Proqram təminatından istifadə zamanı bankın əməkdaşlarına dəstək göstərmək;
  • Biznes proseslərin avtomatlaşdırılmasında iştirak etmək; 

Tələblər:

  • İqtisadiyyat, maliyyə sahəsində ali magistr təhsili;
  • Bank təcrübəsi üzrə minimum 2 (iki) il iş təcrübəsi (Kredit sahəsində təcrübə arzuolunandır) ;
  • Bank sistemləri üzrə biliklər (Flexcube, TranzAxiz arzuolunandır) ;
  • Ofis proqramlarından MS Office, xüsusilə MS Excel istifadə bacarığı;
  • Analitik düşünmə bacarığı ; 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmə bacarığı;
  • Azərbaycan dili - mükəmməl, xarici dillərin (Rus dili və İngilis dili) qənaətbəxş səviyyədə olması;
  • Danışıqların aparılma qabiliyyəti.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Избранный
78
50
fins.az

10Источники