RU

Gürcüstanda müxalifətin parlament seçkilərini saxtalaşdırması ilə bağlı 81 fakt müəyyən edilib

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərində müxalifət partiyaları tərəfindən saxtakarlığa yol verilməsi ilə bağlı konkret faktlar barədə prokurorluğa məlumat göndərəcək.

"Far.Az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze brifinqdə deyib.

“Biz “Gürcü Arzusu”nu dəstəkləyən seçicilərin öz seçki məntəqələrində səs verməsinə imkan verilməməsi ilə bağlı 81 fakt müəyyən etmişik”, - o deyib.

İcraçı katibin sözlərinə görə, həmin seçicilər öz seçki məntəqələrində həlli çətin olan problemlə üzləşiblər, belə ki, bu məntəqələrdəki siyahılarda onların adları olmayıb, eləcə də başqa şəhər və rayonlarda müxalifət partiyalarının müşahidəçiləri kimi qeydiyyata alınıblar.

Избранный
32
far.az

1Источники