RU

Bakı-Şamaxı yolunun 66.3-69.5 km-lik hissəsində təmir-bərpa işləri aparılır (FOTO/VİDEO)

Bakı. Trend:

Dövlət başçısının tapşırığına uyğun olaraq,vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M4Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində təmir-bərpaişləri aparılır.

Trend xəbər verir ki, bu barədə Avtomobil YollarıDövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, təmir-bərpa işləri sözügedən yolunŞamaxı istiqamətində 66.3-69.5 km-lik hissəsində icra olunur.

Sözügedən hissədə yaranmış deformasiyalaravtonəqliyyat vasitələrinin rahat hərəkətinə maneə yaradırdı.Aparılan bərpa işləri ilə bu maneənin aradan qaldırılmasıplanlaşdırılır.

Hazırda ərazidə örtüyün və yararsız qruntun qazılaraqkənarlaşdırılması işləri görülür. Ardınca lazımi materiallarınındaşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi vəkipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri icraediləcək.

Görülən işlərə paralel olaraq, suların ötürülməsiməqsədilə drenaj boruların tikintisi işləri də aparılır.

Layihənin sonuncu mərhələsində hərəkətin normaltəşkili üçün yol nişanlarının, yolcizgi və yolgöstərici xətlərininçəkilməsi işləri icra olunacaq.

İşlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildəsürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtibolunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyəlazımi sayda qüvvə cəlb olunub.

Aparılan təmir-bərpa işləri ilə magistralın sözügedənhissəsində rahat gediş-gəliş təmin olunacaq.

Bakı-Şamaxı
Bakı-Şamaxı
Bakı-Şamaxı
Bakı-Şamaxı
Bakı-Şamaxı
Bakı-Şamaxı
Bakı-Şamaxı
Bakı-Şamaxı
Bakı-Şamaxı
Избранный
19
10
az.trend.az

10Источники