RU

İtkin şəhidlərimiz dəfn olundu – FOTO

Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən şəxslərdən biri də Ələkbər Əzizağa oğlu Babayev olub.

Viral.az xəbər verir ki, 1992-ci il noyabrın 11-də Ağdərə rayonunda itkin düşən Ələkbərin nəşinin qalıqları Tərtər şəhər məzarlığında tapılıb.

Ələkbər Babayev bu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Son Yazılar:

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən İsmət Piriyevin meyitinin qalıqları Göyçay rayonuna gətirilib.

Şəhidin nəşi bu gün rayonun Çərəkə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Çərəkə kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, Piriyev İsmət Medal oğlu 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı. O, Beyləqan rayonunda “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

***

Birinci Qarabağ müharibəsi dövründə – 31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən mülki şəhid Səfərov Cahangir Səfəralı oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Cahangir Səfərovun nəşi torpağa tapşırılıb.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, 1942-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olan Səfərov Cahangir Səfəralı oğlunun nəşinin qalıqları Xankəndi şəhəri ərazisində aşkarlanıb.













Избранный
33
3
viral.az

10Источники