ABŞ müharibədən öncə Zelenskiyə vəsiyyətnamə yazmağı tövsiyə edib
ABŞ müharibə başlamazdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskiyə vəsiyyətnamə ilə videomüraciət yazmağı tövsiyə edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın TSN telekanalına müsahibəsində Ukraynanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba bildirib. O Ağ Evin istəklərini izah edib: “Müharibə ərəfəsində Birləşmiş Ştatlar Ukraynanın uduzacağına əmin idi”.