Bakı. Trend:
Boliviyanın keçmiş prezidenti Evo Morales tərəfdarları Koçabambadepartamentində üç hərbi obyekti ələ keçiriblər.
Trend-in məlumatına görə, bu barədə Boliviya prezidenti LuisArse deyib.
"Boliviya xalqının və beynəlxalq ictimaiyyətin diqqətinəçatdırırıq ki, Evo Moralesə yaxın silahlı qruplar Koçabambada üçhərbi obyektə basqın edərək hərbçiləri və onların qohumlarını girovsaxlayır, onları zorakılıqla hədələyirlər", - deyə o "Telegram"kanalında yazıb.
L.Arse qeyd edib ki, hərbi obyektlərin ələ keçirilməsi "dünyanınistənilən yerində dövlətə xəyanət və konstitusiya quruluşuna hücumkimi qiymətləndirilir". "Biz demokratik yolla seçilən hökumətolaraq konstitusiya səlahiyyətlərimiz çərçivəsində və əhalinindəstəyi ilə ictimai asayişin bərpası istiqamətində fəaliyyətimizidavam etdirəcəyik", - deyə o əlavə edib.