RU

Tacikistanda 1500 cadugər və falçı, 5000 molla saxlanılıb

Tacikistanda hüquq-mühafizə orqanları reyd zamanı cadugərlik və falçılıqla məşğul olan 1500 nəfəri saxlayıb.

hakimiyyet.az iz.ru-ya istinadən xəbər verir ki, bu barədə respublika Prezidenti Emoməli Rəhmonun saytında məlumat verilib.

"Dövlət başçısının tapşırığına əsasən və daxili işlər orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika ərazisində cadugərlik və falçılıqla məşğul olan 1500 nəfər saxlanılıb", - məlumatda bildirilir.

Qeyd olunur ki, saxlanılan şəxslər respublika vətəndaşlarına öz xidmətlərini göstəriblər.

Bundan əlavə, rəsmi dini təhsili olmayan 5 minə yaxın molla da saxlanılıb. Onlar daxili işlər orqanlarında qeydiyyata alınıblar.

Избранный
72
1
hakimiyyet.az

6Источники