Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyada növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, o, "Tedjon”un heyətində “Qvandju”ya qarşı mübarizə aparıb.
36-cı tur çərçivəsində səfərdə baş tutan matçda müdafiəçimiz 90 dəqiqə meydan olub. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb və tərəflərin hərəsi bir xal qazanıb.
Qeyd edək ki, bu bərabərlikdən sonra xalını 42-ə çatdıran Krivotsyukun komandası 9-cu pillədə yerini qoruyub. “Tedjon” 37-ci turda “İnçeon”nun qonağı olacaq.
İdman.biz