RU

Ziya Məmmədovun qardaşı həbs olunur?: Özü danışdı

Bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edildiyinə dair məlumat yayıldı.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində xüsusi ittiham qaydasında şikayət verilib.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün E.Məmmədovla əlaqə saxlayıb.

O, xəbəri birmənalı şəkildə təkzib edib:

“İstəsəniz, aidiyyəti üzrə təşkilatdan soruşa, araşdıra bilərsiniz. Mən bu barədə qəti danışmaq istəmirəm. Bir onu deyə bilərəm ki, yayılanların hamısı feyk məlumatlardır”.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatında qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edildiyi bildirilib. Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

"Cebheinfo.az"

Избранный
29
3
cebheinfo.az

4Источники