RU

"Yanvarda "Sportinq"in oyunçularını almayacağam"

“Mançester Yunayted”ə yeni təyin olunmuş baş məşqçi Ruben Amorim bildirib ki, klub qış transfer pəncərəsində “Sportinq”in futbolçularını almayacaq.

90deqiqe.Az xəbər verir ki, "PortuGoal1" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Yanvarda heç bir "Sportinq" oyunçusu üçün gəlməyəcəyəm. Bu klubda keçirdiyim illər həyatımın ən yaxşı illəri olub, onları heç vaxt unutmayacağam”

Əvvəllər dəfələrlə mətbuatda mankunianlıların artıq bir neçə “Sportinq” oyunçusuna maraq göstərdiyi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Amorimin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Избранный
35
90deqiqe.az

1Источники