RU

“Şimali Koreya “qələbə gününə qədər” Rusiyanın yanındadır...”

...Ukraynanın Donetsk vilayətində onlarla yaşayış məntəqəsi uğrunda şiddətli döyüşlər davam edir.

SİA-nın müxtəlif mənbələrdən əldə etdiyi məlumata görə, Rusiyanın tammiqyaslı işğalından əvvəl 20 min insanın yaşadığı böyük bir şəhər olan Kuraxov yaxınlığında rus ordusu bir neçə gün ərzində bir neçə yaşayış məntəqəsini ələ keçirdi.

...Və bu arada Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Julian Röpkenin müharibənin sonrakı gedişatı ilə bağlı tutqun proqnoz verib.

Deməli, Röpke hesab edir ki, Ukrayna Pokrovskın süqutundan sonraDonbası itirəcək, çünki əsas təchizat xətləri bu şəhərdən keçir. Doğrudur,alternativ yol da var - Kupyanskdan keçir, amma orada vəziyyət bundan yaxşı deyil, rus ordusu şəhərdən üç kilometr aralıdadır.

...Pentaqon və Amerika kəşfiyyatı isə Ukraynadakı müharibənindalana dirəndiyini deyirlər.

Məsələ bundadır ki, hadisələr hələ ki, Kiyevin xeyrinə inkişaf etmir.

Ötən gün ABŞ Ukraynaya 425 milyon dollarlıq yeni yardım paketi elan edib, lakin prezident seçkilərinin nəticəsi döyüşlərə daha çox təsir edəcək.

...Ancaq etiraf edilməlidir ki, Rusiyada hər şey çox qətidir: Şimali Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Şimali Koreyanın “qələbə gününə qədər” “müqəddəs müharibədə rus yoldaşlarının yanında möhkəm dayanacağını” bildirib.

Əli Babayev

Избранный
80
sia.az

1Источники