RU

Xəzər dənizinin çirklənməsinin yeni mənbələri aşkarlandı

Rusiya alimləri müəyyən ediblər ki, mürəkkəb atmosfer sirkulyasiyası prosesləri nəticəsində uzaq sənaye mərkəzlərindən havaya atılan çirkləndirici maddələr Xəzər dənizinə daxil ola bilər.

Paralel.az xəbər verir ki, bu araşdırmanı Rusiya Elmlər Akademiyasının A.O.Kovalevski adına Cənub Dənizlərinin Biologiya İnstitutunun (InBYUM) Federal Araşdırmalar Mərkəzinin elmi işçisi Vladimir Tabunşik bildirib.

“Biz Xəzər dənizinə axan çay hövzələrini öyrənmək üçün məsafədən monitorinq alətlərindən istifadə edirik. İşlər avqustda başlayıb, lakin artıq ilkin məlumatlar var. Məsələn, iki xarici çayın hövzəsi ərazisində havanın nəzərəçarpacaq dərəcədə daha çox çirkləndiyini aşkar etmək mümkün olub. Üstəlik, çirklənmə mənbəyi bu ərazidə deyil, Xəzərin sahilindən uzaqda - sənaye mərkəzlərində yerləşir ki, onlar da əvvəlcədən müəyyən edilib”, - Tabunşik qeyd edib.(axar.az)

Избранный
18
10
paralel.az

10Источники