RU

Marselo bu hərəkətinə görə klubdan qovuldu - VİDEO

Braziliya millisinin sabiq üzvü Marselo “Fluminense”dən (Braziliya) ayrılıb.   Manset,az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Marselonun klubdan ayrılması “Qremio” ilə matçda baş verən insidentdən sonra baş verib. O, Braziliya A Seriyasının XXXII turunda “Qremio” (2:2 ) ilə keçirilmiş matçda oyuna daxil olmağa hazırlaşarkən baş məşqçisi Mano Menezes ilə arasında söz münaqişəsi yaranıb. Mütəxəssis daha sonra əvəzetməni ləğv edərək müdafiəçini ehtiyat oyunçular skamyasına göndərib. Qeyd edək ki, Futbolçu 2023-cü ildən “Fluminense”nin formasını geyinirdi. O, karyerasının ən parlaq dönəmini İspaniyanın “Real Madrid” komandasında keçirib. Hadisənin görüntülərini təqdim edirik:

Избранный
33
17
manset.az

10Источники