RU

Tramp seçki öncəsi bütün “tərəddüd edən” ştatlarda Harrisi qabaqlayır - SORĞU

ABŞ prezidentliyinə namizəd Donald Tramp bütün “tərəddüd edən” ştatlarda rəqibi Kamala Harrisi qabaqlayır.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, “AtlasIntel”in keçirdiyi sorğunun yayımlanan nəticələrindən belə məlum olur.

Qeyd olunub ki, Tramp hər ştatda Harrisi ən azı 1 faiz qabaqlayır.

Respublikaçı namizədin ən böyük üstünlüyü Arizona və Nevadadadır.

Eyni zamanda, Amerikanın Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında Tramp öz rəqibini müvafiq olaraq 1,3%, 1,5% və 1,7% qabaqlayır.

Bundan əlavə, Harris öz rəqibindən Corciyada 1,8%, Şimali Karolinada isə 3,6% geridə qalıb.

Избранный
24
13
korrespondent.az

10Источники