Müğənni Nura Suri bu dəfə televiziya verilişlərindən və aparıcılardan şikayətlənib.
Bizim.Media xəbər verir ki, müğənni bu barədə sosial media hesabında yazıb.
"Televiziya verilişlərimizin çoxu bayağıdır, indi dəbdə olan mahnılar kimi. Bunların səbəbkarı aparıcılardan çox veriliş redaktorları və prodüserləridir. Layihə rəhbərləri və sponsorlardır günahkar.
Aparıcılar gələn qonaqlardan daha çox danışırlar, suallar və mövzu heç kəsin marağını cəlb etmir. Bütün kanallarda eyni tipli verilişlər (İTV xaric) və eyni qonaqlar. Özünə hörmət edən sənətkarlar artıq efirə çıxmır.
Dövlət bu işə diqqət və büdcə ayırmalıdır. Yeni bir qurum yaradılmalıdır: gənc, istedadlı, savadlı insanlar cəlb olunmalıdır, yetişdirilməlidir", deyə o, qeyd edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта