RU

Dövlətə xəyanətdə ittiham olunan şəxslər hökmdən şikayətçidirlər

Dövlətə xəyanət ittihamı ilə həbs edilən 1984-cü il təvəllüdlü Caməmməd Abubəkirov və 1988-ci il təvəllüdlü Heydər Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 5-nə təyin edilib.

 

Şikayət hakim Zamin İbrahimovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camməmməd Abubəkirov 16 il 6 ay, Heydər Məmmədov isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd: Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məlumata görə, adı çəkilən şəxslər Azərbaycanda yerləşən məscidlər, kilsələr və digər ibadət mərkəzləri ilə bağlı əldə etdikləri məlumatları İran xüsusi xidmət orqanlarına çatdırıblar.

 

Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 4 Noyabr 2024, 09:08   
Избранный
26
pravda.az

1Источники