RU

Baronessa Kerolayn Koks dünyasını dəyişəndən sonra da ermənilər üçün işləyəcək...

Britaniya Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks 1990-cu ildən indiyə qədər düz 88 dəfə qondarma Dağlıq Qarabağda səfər edib. Erməni separatizminin Qərbdəki ən sadiq müdafiəçilərindən biri olub. İslama və müsəlmanlara qarşı xüsusi nifrəti ilə seçilən bu qadın Anqlikan kilsəsinin radikal rəhbərlərindən biri kimi də tanınıb...

2023-ci ilin iyulunda o, Laçın dəhlizində oldu, ancaq Dağlıq Qarabağa daxil olmağa cəsarət etmədi. Bir vaxtlar isə o, belə deyirdi: "Bu gözəl ölkəni (Qarabağı) və igid xalqı sevməmək mümkün deyil".

İndi 87 yaşlı bu xanım yenidən İrəvana gəlib. Niyəsi maraqlıdır. O, 2000-ci ildə Qarabağ erməniləri üçün reabilitasiya mərkəzi açmışdı. Orada yerli separatçılar müalicə olunurdu. İndi o mərkəz də Azərbaycanın nəzarətindədir. Ancaq Baronessa Koks təslim olmaq istəmir. O, həmin reabilitasiya mərkəzini İrəvana "köçürmək" istəyir...

Belə görünür ki, Baronessa dünyasını dəyişəndən sonra da ermənilər üçün işləyəcək...

Bəzən soruşurlar ki, nədən az qala bütün dünya ermənilərə dəstək verir. Çünki Ermənistan xristian ölkəsidir. Hazırda da dünyanın ən "bərkgedən" dövlətləri xristianların əlindədir. Dünyanı da onlar idarə edirlər. Ancaq orası da var ki, zaman əvvəlki zaman deyil. Yəni siyasi proseslər heç də Qərbin istədiyi kimi getmir...

Elbəyi Həsənli

visiontv.az



Избранный
16
3
visiontv.az

4Источники