RU

AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib (FOTO)

Bakı. Trend:

Yol infrastrukturunun qorunması, yolların istismar müddətininuzadılması və təhlükəsizlik tələblərin təmin edilməsi istiqamətindəinovativ texnologiyaların tətbiqini daima nəzarətdə saxlayanAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Elektron TərəzilərinVahid Monitorinq Mərkəzinə mediatur təşkil edib.

Trend xəbər verir ki,noyabrın 4-də təşkil olunan mediaturda kütləvi informasiyavasitələrinin nümayəndələrinə paytaxtın Qaradağ rayonundaquraşdırılan elektron tərəzilərin iş prinsipi və Mərkəzinfəaliyyəti barədə ətraflı məlumat verilib.

AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid MonitorinqMərkəzinin fəaliyyəti iriqabaritli və ağırçəkili nəqliyyatvasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarətməqsədi daşıyır. Monitorinq mərkəzi elektron tərəzilərdən əldəolunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdətutulan qaydada istifadə edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsininİnformasiya Sisteminə inteqrasiya olunmuş mərkəz, iriqabaritlinəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkantanıyır.

Media nümayəndələri elektron tərəzilərin texniki göstəriciləriilə tanış olmaq üçün Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun47,9-cu kilometrindəki məntəqəyə səfər ediblər. Qeyd edək ki, yenitexnologiyaların tətbiqi yol infrastrukturunun qorunması vətəhlükəsizlik tələblərinin təmin edilməsinə yönəlib. Ümumilikdə 31yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılır. ArtıqBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundavə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundaümumilikdə 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə işlərdavam edir.

Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrləriniaşan nəqliyyat vasitələri foto və video qeydiyyat vasitələri iləaşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür.İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan7000 manatadək nəzərdə tutulub.

Mediaturun sonunda jurnalistlərin sualları cavablandırılıb.

AYNA
AYNA
AYNA
AYNA
AYNA
AYNA
AYNA
Məqalədə:
Избранный
66
6
az.trend.az

7Источники