RU

İspaniya kralı: "Palçıq atanları başa düşmək lazımdır"

İspaniya kralı VI Filipp Valensiya muxtar icmasının daşqından zərər çəkmiş sakinlərinin qəzəbini başa düşməyə çağırıb.

Musavat.com xəbər verir ki, o, bu barədə ölkənin şərqindəki Payporta bələdiyyəsinə səfəri zamanı yerli sakinlərin ona və ailəsinə palçıq atmasından sonra danışıb.

"Biz bu insanlara ümid verməli, fövqəladə vəziyyəti həll etməli, həm də onlara dövlətin bütünlüklə mövcud olduğuna zəmanət verməliyik. Bir çox insanların qəzəbini və ümidsiz halını başa düşmək lazımdır", - deyə ispan monarx qeyd edib.

Xatırladaq ki, İspaniya kralı VI Filipp xanımı Letisiya, baş nazir Pedro Sançes və Valensiya Muxtar İcmasının Nazirlər Kabinetinin rəhbəri Karlos Meysonla birlikdə ölkənin şərqində daşqınlardan zərər çəkmiş ərazilərə baş çəkib.

"El Pais" qəzetinin məlumatına görə, Payporta kəndində yerli sakinlər onlara palçıq ataraq "Çıxın!" və "Qatillər!" deyə qışqırıblar. Ölkə liderləri buna görə hadisə yerindən uzaqlaşdırılmalı olub.

Musavat.com

Избранный
33
2
musavat.com

10Источники