"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo 3-2 qalib gəldikləri "Trabzonspor" matçından sonra mühüm açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib: 

"Nə söz demək çətindir. Yaxşı rəqiblərə qarşı oynayırıq, amma sistemə qarşı da oynayırıq. Bu, ən çətin hissədir. VAR-a və sistemə qarşı oynadıq. Ona görə də qalib gələndən sonra belə bayram etdik. Çox güclü insanlara qalib gəldik. Biz təslim olmayacağıq. "Fənərbağça" rəhbərliyindən şikayətim var. Mənə həqiqətin ancaq yarısını dedilər. Qarşılaşdığım mənzərə daha pisdir. Hər şeyi bilsəydim, bura gəlməzdim".