RU

Bələdiyyə sədri 600 manat cərimələnə bilər

Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin sədri Xeyrəddin Əli inzibati məsuliyyətə cəlb edilib.   

News365.az-ın məlumatına görə, Xeyrəddin Əli barəsində İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib. 

Bu maddə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi ilə bağlıdır.   

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 400 manatdan 600 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.  İşə Biləsuvar Rayon Məhkəməsində baxılacaq. Mədinə Rəsulova iş üzrə hakim təyin edilib.   

Xeyrəddin Əli bu ilin mayında da 549.2-ci maddə ilə inzibati məsuliyyətə cəlb edilib. 

Избранный
16
3
news365.az

5Источники