RU

Rusiyada bağça və məktəblərdə Koksaki virusu yayılıb - Simptomları...

Rusiyada bağça və məktəblərdə uşaqlar arasında Koksaki virusuna yoluxma halları qeydə alınıb. 

Olaylar.az bildirir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, müxtəlif bölgələrdə, o cümlədən Moskva və Vladimir vilayətlərində, Krasnodarda valideynlər uşaqlarda xəstəliyin əlamətlərini müşahidə ediblər. "Ümumilikdə 20-dən çox uşaq yoluxub", - kanalda bildirilib.

Valideynlərin sözlərinə görə, simptomlar arasında ayaq və əllərdə qabarcıqlar, qızdırma və stomatit var. "Onlar uşaqlarının səyahət tədbirlərində və ya idman görüşlərində yoluxmuş ola biləcəyindən qorxurlar", - yazıda vurğulanıb.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Belek şəhərində istirahət edənlər arasında Koksaki virusuna yoluxma hallarının əhəmiyyətli dərəcədə artması ilə bağlı məlumatlar ortaya çıxıb. 

Qeyd edək ki, Koksaki kiçikyaşlı uşaqlarda özünü ağız ətrafında, ağzın içində, əllərdə və ayaqlarda büruzə verən bir virusdur. Mütəxəssislərin dediyinə görə, ona adətən 3-10 yaşarası uşaqlarda rast gəlinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
1
olaylar.az

2Источники