RU

"Onların qəzəbinin səbəbini başa düşmək lazımdır" - İspaniya kralı VI Filip

İspaniya kralı VI Filip Valensiya muxtar icmasının daşqından zərər çəkmiş sakinlərinin qəzəbini başa düşməyə çağırıb.

 

Sfera.az xəbər verir ki, kral bu barədə ölkənin şərqindəki Payporta bələdiyyəsinə səfəri zamanı yerli sakinlərin ona və ailəsinə palçıq atmasından sonra danışıb.

 

"Biz bu insanlara ümid verməli, fövqəladə vəziyyəti həll etməli, həm də onlara dövlətin bütünlüklə mövcud olduğuna zəmanət verməliyik. İnsanların qəzəbini və ümidsiz halını başa düşmək lazımdır", - ispan monarx qeyd edib.

 

Xatırladaq ki, İspaniya kralı VI Filip xanımı Letisiya, Baş nazir Pedro Sançes və Valensiya Muxtar İcmasının Nazirlər Kabinetinin rəhbəri Karlos Meysonla birlikdə ölkənin şərqində daşqınlardan zərər çəkmiş ərazilərə baş çəkib. Payporta kəndində yerli sakinlər palçıq ataraq onları təhqir ediblər. Ölkə liderləri buna görə hadisə yerindən uzaqlaşdırılmalı olub.

 

Firuzə Əliyeva
 

Избранный
12
2
sfera.az

10Источники