RU

Patriarx Kirilldən maraqlı açıqlama: "Rus Pravoslav Kilsəsi ölüm hökmünü pisləmir"

"Müqəddəs Yazılarda ölüm hökmü pislənmir, Pravoslav Kilsəsi də onu heç vaxt qınamırdı, əgər ölüm hökmü qanunauyğun həyata keçirilirdisə. Eyni zamanda heç bir yerdə ölüm hökmünü alqışlamırdı da. Ümumiyyətlə, bu məsələ ilə cəza tədbirini qanun nöqteyi-nəzərindən müəyyən edənlər məşğul olmalıdırlar".

Bakupost.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Moskvanın və bütün Rusiyanın patriarxı Kirill "Qəhrəmanların zamanı" proqramının iştirakçıları ilə görüşündə deyib.

Görüş KİV nümayəndələrinin iştirakı olmadan baş tutsa da, daha sonra Rus Kilsəsinin başçısının toplaşanların suallarına cavabları patriarxın mətbuat xidməti tərəfindən yayılıb.

"Rəbb İsa Məsih ölüm cəzasını qınamayıb, baxmayaraq ki, özü də nahaq yerə ölüm cəzasına məhkum edilib. Təbii ki, insanı törətdiyi cinayətin cəzası olaraq öldürmək son çarədir. Ona görə də ideal olardı ki, insanlar ölüm hökmü ilə nəticələnəcək cinayətlər törətməsinlər. Lakin kilsə heç vaxt bu cəzanın ləğv edilməsində təkid etməyib", - deyə patriarx Rusiyada ölüm hökmünün zəruriliyi ilə bağlı sualı cavablandırıb.

Onun sözlərinə görə, bu mövqenin əsasını Əhdi-Cədiddəki (Əhdi-Cədid və ya Yeni Əhd - xristianların müqəddəs kitabı "Bibliya"nın ikinci bölməsi - red.) göstəriş təşkil edir: "Şəri özünüzdən uzaqlaşdırın" ("Fitnə-fəsad törədənləri aranızdan qovun").

"Yəni əgər insan cəmiyyət üçün təhlükəlidirsə və onu heç bir şəkildə təcrid etmək mümkün deyilsə, onu aradan götürmək lazımdır. Rəbb "onu öldürün" demir, "şəri özünüzdən uzaqlaşdırın" deyir. Bir daha demək istəyirəm: qanunauyğun şəkildə həyata keçirilibsə, kilsə heç vaxt ölüm hökmünü pisləməyib, amma təbii ki, alqışlamayıb da", - deyə Kirill vurğulayıb.
Избранный
115
50
bakupost.az

10Источники