RU

Azərbaycan dörd günlük iş rejiminə keçə bilər? – AÇIQLANDI

İslandiya dörd günlük iş həftəsini tətbiq edəndən bəri iqtisadi artımın sürətlənməsi qeydə alınıb. Bu barədə CNN aparılan araşdırmanın nəticələrinə əsasən məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, araşdırmaya görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5 faiz artıb ki, bu da inkişaf etmiş bir iqtisadiyyat üçün böyük nəticədir. Zəngin Avropa ölkələri arasında yalnız Malta daha yüksək göstəriciyə malikdir. Müqayisə üçün qeyd edək ki, 2006-2015-ci illər ərzində İslandiyanın orta iqtisadi artım tempi ildə cəmi 2 faiz təşkil edib.

Azərbaycanda da dörd günlük iş rejiminə keçilə bilərmi?

İqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dörd günlük iş rejiminə keçidi illuziyadır.

Onun sözlərinə görə, yaxın 25-30 il ərzində ölkəmizdə dörd günlük iş rejiminin tətbiqi gözlənilmir:

“Məşğulluğun yarısını verən özəl sektorda bir çox xidmətlər üzrə beş günlük iş problemləri mövcuddur. Xüsusən də qeyri-rəsmi məşğulluğu rəsmiləşdirmək istiqamətində çətinliklər yaşanır. Belə ki, beş gündən artıq işlədilən işçilərin kompensasiyasının ödənilməsi ilə bağlı çətinliklər var. Ölkə olaraq, bu rejimi tam formada tətbiq edə bilməmişik”.

Azərbaycanla İslandiyanın müqayisəsinə toxunan Xalid Kərimli vurğulayıb ki, İslandiyanın cəmi 200-300 min nəfərlik əhalisi var və iqtisadi strukturu tamamilə fərqlidir. Ona görə İslandiya ilə Azərbaycanı müqayisə etməyimiz düzgün olmaz.

“Ölkəmizin sözügedən rejimə keçidi qəlizdir. Çünki hazırda insanlarımızın çoxu işsizlikdən əziyyət çəkir və sosial problemlər var. Dörd günlük iş rejimi texnoloji baxımdan inkişaf etmiş ölkələr üçün daha uyğundur. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı problemlər mövcuddur”, – deyə Xalid Kərimli qeyd edib.

Избранный
9
1
medianews.az

2Источники