RU

Yerli istehsal məhsulları yerli dildə markalanmalıdır?

"Yerli istehsal məhsulları əlbəttə, yerli dildə markalanmalı, istehsal olunmalıdır. Bu, qanunun pozulmasıdır".

Bu fikri Hit.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, "Dövlət dili haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda, Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün mallar, o cümlədən dondurmalar xarici dillə yanaşı milli dildə markalanmalıdır:

 “Məhsulun xarici dildə markalanması düzgün deyil. Bu, qanunun pozulmasıdır. İstehlakçıların beynəlxalq və yerli hüquqlarından biri olan mal haqqında informasiya almaq hüququnun pozulmasıdır. Yerli istehsal olan məhsulun üzərinin xarici dildə yazılması istehlakçıların çaşdırılmasıdır".

Sevinc

Избранный
37
6
hit.az

7Источники