RU

Bu şəxslərə pulsuz viza veriləcək

Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi vasitəsilə COP29-a qeydiyyatdan keçən iştirakçılar üçün pulsuz "COP29 Xüsusi Viza”nı tətbiq edib.


Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, "COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatının təsdiqi barədə məktubda verilmiş viza keçidi, ya da Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edilə bilər. İştirakçı "COP29 Xüsusi Viza” üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına müraciət etmək qərarına gələrsə, UNFCCC qeydiyyatını təsdiq edən e-poçt səyahət üçün əsas təsdiqedici sənəd kimi nəzərə alınacaq.


Qeyd olunub ki, "COP29 Xüsusi Viza” sahibinə birdəfəlik səfər etmək və Azərbaycan ərazisində 30 günə qədər qalmaq imkanı verir.



Избранный
11
9
qaynarinfo.az

10Источники