RU

Sonsuzluq sürətlə artır – Gec yaşda ailə qurmaq...

Azərbaycanda qadınlar və kişilər arasında sonsuzluq problemi daha artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə 2026 nəfər qadına sonsuzluq diaqnozu qoyulub. 2022-ci ildə bu rəqəm 1688, 2021-ci ildə isə 1458 olub.

Sonsuzluğun artmasının səbəbi nədir?

Androloq Vadim Abdullayev TNS-ə bildirib ki, bir ildən çox övlad sahibi olmayan cütlüklər sonsuz sayıla bilər.

Onun sözlərinə görə, müasir dövrdə sonsuzluğun artmasının müəyyən səbəbləri var: “Bunlar cinsi yolla keçən viruslar, düzgün qidalanmama və digər səbəblərdir. Günümüzdə sonsuzluğu artıran səbəblərdən biri də həddən artıq sosiallaşma, gənclərin ailədən öncə karyeranı düşünməsidir. İndi xanımlar və bəylər müəyyən yaş dövrünə kimi ailə qurmaq istəmirlər. Əvvələr xanımlar 22-23 yaşında ailə qururdusa, hazırda bu, 30 yaş olub”.

Vadim Abdullayev qeyd edib ki, gec yaşlarda ailə qurmaq övlad sahibi olmaq müəyyən çətinliklərər törədir: “Nəzərə alsaq ki, 35 yaşından sonra xanımlarda yumurta ehtiyatı tükənməyə başlayır, əlbəttə ki, bu, sonsuzluqla nəticələnəcək. Azərbaycanda sonsuzluğa qarşı müalicə üsulları dünya səhiyyəsi ilə eyni səviyyədədir”.



Избранный
44
news24.az

1Источники