RU

ABŞ kəşfiyyatı Rusiyanı seçkilərə müdaxilədə ittiham edir

Federal Təhqiqat Bürosu (FTB), ABŞ Milli Kəşfiyyat Direktoru Ofisi və Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi xarici ölkələrin, xüsusilə də Rusiyanın ABŞ seçkilərinə müdaxilə cəhdlərini açıqlayıb. Bu barədə idarələrin birgə məlumatında deyilir.

ABŞ kəşfiyyatı hesab edir ki, xarici dövlətlər seçkilərin bütövlüyünə ictimai inamı sarsıtmaq və amerikalılar arasında nifaq salmaq məqsədi daşıyan “əlavə əməliyyatlar” həyata keçirib. Bununla belə, bu cür hərəkətlər qarşıdakı həftələrdə daha da güclənə bilər”, - bəyanatda deyilir.

“Rusiya ən aktiv təhlükədir. Xüsusilə Rusiya ilə əlaqəli olan nüfuzlu aktyorlar seçkilərin legitimliyinə xələl gətirmək və seçicilərdə seçki prosesi ilə bağlı qorxu yaratmaq üçün videolar və saxta məqalələr hazırlayırlar”, - sənəddə deyilir.

ABŞ-da 60-cı prezident seçkiləri bu gün keçirilir. 

S.ELAY

XQ

 

 

Избранный
16
2
xalqqazeti.az

3Источники