RU

UEFA Azərbaycan millisinin rəqibini cərimələdi

UEFA Azərbaycan yığmasının Milllətlər Liqasındakı rəqibini cərimələyib.

 

Sfera.az-ın məlumatına görə, Estoniya Futbol Assosiyasına 10000 avroluq cərimə tətbiq edilib.

 

Buna komandanın IV turda İsveçə evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.

 

Bundan əlavə, assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.

 

Qeyd edək ki, Estoniya V turda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Избранный
12
8
sfera.az

9Источники