ABŞ mərkəzli texnologiya nəhəngi “Apple” Çində baş verən kritik hadisə ilə gündəmdədir.
İndex.az xəbər verir ki, Çində bir insanın “iPhone 14 Pro Max”ı şarjda ikən bomba kimi partladı.
“Apple”in Çin departamenti məsələyə baxacağını və məsuliyyət daşıdığı təqdirdə əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, Çində baş verən hadisədə bir qadın “iPhone 14 Pro Max”ın enerji yığarkən qəfil alışdığını görüb. Bunun üzərinə hadisəyə müdaxilə etmək istəyən qadın özünü yandırıb. Xoşbəxtlikdən zədə o qədər də ciddi deyildi.
Fotoda gördüyünüz kimi, alışıb yanan “iPhone 14 Pro Max”dan çox şey qalmayıb. Bu arada, qadın bu smartfonu 2022-ci ildə aldığını və onun zəmanət müddətinin bitdiyini bildirib.
Bu dəhşətli hadisənin niyə baş verdiyi “Apple”in təhlilindən sonra məlum olacaq. Ancaq deyə bilərik ki, burada birbaşa “Apple”i günahlandırmaq tezdir. Çünki cihazın yanmazdan əvvəl təmir vəziyyəti ilə bağlı heç bir məlumat paylaşılmayıb. Batareyanın orijinal olub-olmadığı və ya cihaza icazəsiz müdaxilənin olub-olmadığı aydın deyil.