RU

Putin Əliyev-Paşinyan görüşündən DANIŞDI

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edir.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin səfirlərin etimadnaməsinin təqdimetmə mərasimində deyib.

“Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zaqafqaziyada davamlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Biz 2020-2022-ci illər üçün ən yüksək səviyyədə sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və məlum üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə işlərə yardım göstərməyə davam edəcəyik”.

Rusiya prezidenti oktyabrda Kazanda keçirilən BRICS sammitində Ermənistan və Azərbaycan liderlərinin faydalı söhbətinə də diqqət çəkib.

“Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRICS sammitinin platformasından yararlanmasından və regionda davamlı sülh və millətlərarası harmoniyaya nail olunması ilə bağlı fundamental məsələlər ətrafında faydalı söhbət aparmasından məmnunluğumu ifadə etməyə bilmərəm”, - deyə o vurğulayıb.

Избранный
25
9
modern.az

10Источники