Rusiyanın Patriarxı Kirill deyib ki, ölüm cəzası həddindən artıq ölçüdür, lakin İsa Məsih bunu qınamayıb.
Reyting.az-ın məlumatına görə, Patriarx Kirill bunu "Qəhrəmanların vaxtı" adlı bir proqram çərçivəsində, həmçinin Ukrayna ilə aparılan müharibənin keçmiş iştirakçılarının məmur kimi hazırlanması layihəsinin müəllifləri ilə görüşdə bildirib.
Patriarx Kirill deyib: "Pravoslav Kilsəsi ölüm hökmünü pisləmir. Ölüm hökmü bəşər tarixi boyu mövcud olub".
Onun ölüm hökmü ilə bağlı söylədikləri Moskva Patriarxlığının saytında yer alıb.
"Rəbb İsa Məsih ölüm cəzasını mühakimə etmədi, halbuki, o, özü də ölüm cəzasına layiq görüldü. Əlbəttə, insanı törətdiyi bir cinayətin cəzası kimi öldürmək sözsüz ki, son çarədir. Elə ona görə də insanların ölüm cəzası ilə nəticələnəcək cinayətləri etməmələri ideal olardı. Amma, unutmaq lazım deyil, Allahın Kəlamında bu sözlər var: "Şəri özündən uzaqlaşdır". Bu nədir, yəni, cəmiyyət üçün təhlükəli olan insan varsa və onu heç bir şəkildə təcrid etmək mümkün deyilsə, onu cəmiyyətdən xaric edib, çıxarmaq lazımdır. Rəbb də əslində "onu öldürün”,- demir, sadəcə onu, "pisliyi səndən uzaqlaşır",- deyir",- söyləyən Rusiya Patriarxı Kirill əlavə edib ki, "elə buna görə də Müqəddəs Yazılarda ölüm cəzası mühakimə olunmur".
Patriarx Kirill daha sonra xüsusi olaraq vurğulayıb ki, Məryəm oğlu İsa Məsihin "nahaq yerə öldürülməs0inə" baxmayaraq, hətta həvarilər belə bu ağır cəzanı "günah" adlandırmadılar. O deyib:
"Kilsə ölüm hökmü qanuna uyğun həyata keçirildiyi təqdirdə belə ölüm hökmünü heç vaxt qınamayıb, lakin təbii ki, heç bir yerdə ölüm hökmünü də alqışlamayıb. Və hələlik cavabımız budur".
Görüş zamanı Patriarx Kirill Rusiyanın ölüm hökmünə moratorium qoymasını alqışlayıb. O, moratoriumun ölkədə cinayət səviyyəsinə necə təsir edəcəyini izləməyin vacibliyini söyləyib.
2011-ci ildə Patriarx Kirill bildirmişdi ki, ancaq xüsusi hesab edilən hallarda ölüm cəzasına icazə verilir, lakin mövcud olan müasir məhkəmə sistemi onun ədalətli tətbiqini təmin etmək iqtidarında deyil.
"Mən müasir Rusiyada ölüm hökmünün əleyhinəyəm. Bu gün bir rəqibi aradan qaldırmaq üçün bir killer işə götürülür. Məhkəmələrimizin indiki vəziyyətində isə əgər ölüm hökmü varsa, deməli, qanunla insanları "təmizləyəcəklər". Bu həqiqətən də dəhşətli təhlükədir", - deyə Rusiya Patriarxı bildirib.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu ilin iyununda yenə çıxış edərək ölüm hökmünün qaytarılmasını təklif etmişdi.