RU

Amerikanın yeni prezidenti kim olacaq? - AÇIQLAMA

Bu gün ABŞ-də prezident seçkiləri keçirilir. ABŞ-nin vitse-prezidenti, Demokrat Kamala Harris və rəqibi eks-prezident, respublikaçı Donald Tramp hakimiyyət uğrunda mübarizə aparır.

Bəs Amerika Birləşmiş Ştatlarının yeni prezidenti kim olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, millət vəkili Azər Allahverənov bildirdi ki, Amerikada tamamilə fərqli ideologiyaların və fərqli mərkəzlərin bir mübarizəsi gedir.

"Burada çox maraqlı bir vəziyyət yaranıb. Amerikanın tarixində yəqin ki, bu cür qeyri-müəyyən bir vəziyyət olmamışdı. Çünki adətən əvvəlki prezident seçkilərində hansısa namizədin digərindən müəyyən mənada daha üstün faiz səsinə malik olduğunu müxtəlif sosioloji sorğularla müəyyən etmək olurdu. Amma indi maraqlı bir vəziyyət onunla əlaqədardır ki, burada səslər demək olar ki, bərabərdir. 2-3 həftə bundan qabaq Harris bir neçə faizlə öndə gedirdisə, son bir həftə ərzində bu situasiya tamamilə dəyişib və səslər demək olar ki, bərabərləşib. Burada tamamilə fərqli ideologiyaların və fərqli mərkəzlərin bir mübarizəsi gedir. Çünki Kamala Harris Demokrat Partiyasının təmsilçisi olsa  belə, onun seçkiqabağı çıxışlarında irəli sürülən tezislər Co Baydendən bir qədər fərqli bir siyasətin yürüdüləcəyindən xəbər verir. Donald Tramp da Respublikaçılar Partiyasının təmsilçisi olsa da, partiyadan fərqlənən bir mövqe sərgiləyir və bu mövqe də daha radikal siyasətin həyata keçirilməsi ilə bağlıdır. Bu həm daxili siyasətdə, həm də xarici siyasətdə özünü biruzə verir".

Azər

Deputatın sözlərinə görə, seçkilərdə seçicilərin fəallığı və hansı kateqoriyalardan olması, qalibi müəyyən edəcək.

"Çünki, misal üçün, ayrı-ayrılıqda götürdükdə gənc nəsil, qadınların böyük bir əksəriyyəti, afro-amerikalılar, eləcə də ölkə ərazisində qanuni əsaslarla yaşayan miqrantlar da Kamala Harrisə daha çox üstünlük verə bilər. Çünki Donald Trampın miqrantlarla bağlı siyasəti daha kəskin, daha radikal görsənir. Bundan başqa demokratlar daha çox siyasi şüarlar üzərində çıxış edirsə, Donald Trampın çıxışı iqtisadi yönümlüdür. O, bu cür danışdığı üçün istər-istəməz burada kifayət qədər radikal iqtisadi nüanslar açıqlanır. Misal üçün, iqtisadi münasibətlər kontekstində qadağaların tətbiq olunması, rüsumların  artırılması və digər məsələlər buna aiddir. Bu da aşağı-yuxarı iqtisadi dairələri də müəyyən mənada Donald Trampdan uzaq sala bilər. Amma Amerika cəmiyyəti mühafizəkarları kifayət qədər böyük, dərin kök salıb və kifayət qədər geniş çevrəyə malikdirlər. Düşünürəm ki, onlar Trampa səs verə bilər ki, bu da müəyyən seqmentlər üzrə onun daha güclü bir mövqeyə malik olmasına səbəb ola bilər. Ona görə də proqnozlaşdırmaq olduqca çətindir və bu, prosesdə iştirak edəcək əhali qruplarının fəallığından asılıdır".

Türkan İSGƏNDƏRLİ

Избранный
35
20
redaktor.az

10Источники