RU

Bakıda məşhur restoranda müştərilər arasında dava — TƏFƏRRÜAT

Bakının Nizami rayonunda 1986-cı il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Qurbana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyulun 4-də, saat 22 radələrində ictimai yer olan “Melodiya Pub” restoranda baş verib. 

Bakı şəhər sakini Elşən həmin restoranın kabinetində Qurban ilə birlikdə olarkən sonuncunun masanın üzərindən ona məxsus siqaretdən icasəsiz götürərək çəkməsini bəhanə edib. 

Elşən heç bir əsaslı səbəb olmadan yumruqla Elşənin baş nahiyyəsinə vuraraq ona xəsarətlər yetirib. 

O, daha sonra həmin gecə saat 22:30-da restoranın yaxınlığındakı ictimai yer olan iaşə obyektlərinin qarşısında qərəzli hərəkətlərini davam etdirib. 

Qurbanın restoranda ona məxsus siqareti icazəsiz götürərək çəkməsini yenidən əsassız bəhanə edib, yumruqla onun sol qulaq və ağız nahiyəsindən vurab. 

Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, iyulun 4-də, saat 22 radələrində “Melodiya Pub” adlanan restoranında boş kabinetlərin birində tanışı Qurban ilə birlikdə əyləşərək spirtli içki araq və pivə içib: 

“Həmin vaxtı Qurban mənə  məxsus masanın üzərindəki siqaret qutusundan bir ədəd siqaret götürdü. Qurban həmin siqareti yandıraraq çəkdi. Sonra ondan icazəsiz siqaretimdən bir ədədini götürərək çəkdiyinə görə aramızda mübahisə baş verdi. Həmin mübahisə dava-dalaşa çevrildi. Mən qəsdən yumruqla Qurbanın sol qaşından bir neçə dəfə vuraraq xəsarət yetirdim. Bu zaman restoranın ofisiantları bizi ayıraraq restorandan uzaqlaşdırdılar. 

Hadisə təxminən 2-3 dəqiqə davam etdi. Restorandan çıxdıqdan sonra hər ikimiz birlikdə piyada T.Abbasov küçəsi 77 ünvanında yerləşən iaşə obyeklərinin qarşısına gəldik. Orada aramızda yenidən dava-dalaş baş verdi. Həmin dava-dalaş zamanı  yumruqla bir neçə dəfə Qurbanın sol qulaq və ağız nahiyyəsindən vuraraq xəsarət yetirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisənin davamı həmuin gün, saat təxminən 22:30-da iaşə obyektlərinin qarşısında baş verib və sona çatıb: 

“Hadisə təxminən 2-3 dəqiqə davam etdi. Bu zaman bizə mülki geyimdə bir nəfər şəxs yaxınlaşdı, özünü təqdim edərək Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşı olduğunu bildirdi. Hər ikimizi 25-ci Polis Şöbəsinə dəvət etdi. Hazırda zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş ziyanı ödəmişəm. Zərərçəkmiş şəxsin məndən heç bir tələb və şikayəti yoxdur”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Qurbanın sözlərinə görə, iyulun 4-də, saat 22:00-da “Melodiya Pub” adlanan restoranında boş kabinetlərin birində tanışı Elşən ilə birlikdə əyləşərək spirtli içki olan araq və pivə içiblər: 

“Biz bu zaman sərxoş olduq. Həmin vaxtı siqaret çəkmək üçün Elşənə məxsus masanın üzərindəki siqaret qutusundan bir ədəd siqaret götürdüm. Həmin siqareti yandırıb çəkdikdən sonra Elşən ona məxsus siqaretdən bir ədədini çəkdiyimə görə aramızda sözlə mübahisə baş verdi. Mübahisə dava-dalaşa çevrildi. Həmin dava-dalaş zamanı Elşən yumruğu ilə sol qaşımdan bir neçə dəfə vuraraq xəsarət yetirdi. Bu zaman restoranın ofisiantları bizi ayıraraq restorandan uzaqlaşdırdılar. Restorandan çıxdıqdan sonra hər ikimiz birlikdə piyada T.Abbasov küçəsi 77 ünvanında yerləşən iaşə obyektlərinin qarşısına gəldik. 

Təxminən saat 22:30 radələri olardı ki, qeyd olunan ünvanda aramızda yenidən dava-dalaş baş verdi. Həmin dava-dalaş zamanı Elşən yumruqla bir neçə dəfə mənim sol qulaq və ağız nahiyyəmdən vuraraq xəsarət yetirdi. Bu zaman bizə mülki geyimdə bir nəfər şəxs yaxınlaşdı, özünü təqdim edərək Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşı olduğunu bildirdi və bizi polis şöbəsinə dəvət etdi. Hazırda təqsirləndirilən şəxslə barışmışam”.

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.


Fariz Məlikli
Demokrat.az
Избранный
69
2
demokrat.az

10Источники