RU

Tovuzdakı futbol bayramına kölgə salan FƏRSİZLƏR

Premyer Liqanın 12-ci turunun maraqla gözlənilən qarşılaşması Tovuzda keçirildi.

Burada "Turan Tovuz" "Qarabağ"ı qonaq etdi.

Liderlərin qarşıdurmasını izləmək üçün Tovuz şəhər stadionunda gözlənilən azarkeş izdihamı yaşandı.

İynə atsan yerə düşməzdi.

Yerli tərəfdarlar 90 dəqiqə susmadı, petardlar yandıraraq gecəyə rəng qatdılar.

Meydandakı mübarizə də tribunadakı atmosferdən geri qalmadı.

90 dəqiqə qarşılıqlı hücumlar izlədik.

Dinamik, bol qol epizodları ilə zəngin qarşılaşma oldu.

Hər iki tərəfin qələbə istəyi aşkar idi.

Sürət, mübarizə ruhu öz yerində.

Düzdü, futbolun bəzəyi azarkeşdi. Amma həm də vuruluna qollar.

Təəssüf ki, final fitinə kimi hücumçular susdu, qolkiperlər danışdı.

Həm Koxalski, həm də Konovalov bir neçə dəfə komandalarını real qoldan xilas etdi.

Bir sözlə, Tovuzda futbol adına hər şey vardı. Amma qoldan başqa.

"Turan" və "Qarabağ" futbolçuların bu baxımdan fərsizliyi gecəyə kölgə salan yeganə nöqsan oldu.

XANOĞLAN İMANOV

Избранный
27
sportinfo.az

1Источники