RU

Sahibkarların sənaye zonalarına marağı artır

Bu ilin yanvar-oktyabr aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezident statusu verilib.

Agentliyin məlumatına görə, bunlardan 13-ü Ağdam Sənaye Parkının, 6-sı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 2-si Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Qeydiyyata alınan rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 213 milyon manatdan çox investisiyanın yatırılması, 2600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqlarının, tamet daşların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağların, dəri və dəri məmulatlarının, led işıqların, su təmizləmə cihazları və onların ehtiyat hissələrinin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.

Qeyd edək ki, indiyədək İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 7,82 milyard manatdan artıq olan 129 sahibkarlıq subyektinə rezident statusu verilib.

Избранный
42
10
vergiler.az

10Источники