RU

İlon Mask “Tesla" smartfonu istehsal etmək planlarından danışdı

“Mənim sahibi olduğum “Tesla” şirkəti hələ ki, öz smartfonunu buraxmağı planlaşdırmır, lakin “Apple” və “Google” proqramları senzuraya başlasa, şirkətin planları dəyişə bilər”. 

Demokrat.az
xəbər verir ki, bunu milyarder İlon Mask Co Roqan ilə podkastda çıxışı zamanı deyib.

"Əgər "Apple" və "Google" həqiqətən pis işlər görməyə başlasaydı, tətbiqləri senzuraya salsaydı, məncə, biz öz smartfonumuzu yaradardıq", - deyə Elon Mask bildirib.

O, həmçinin əlavə edib ki, “Tesla” avtomobillərində istifadə olunan xüsusi proqram təminatı sayəsində “Tesla Android” və iOS olmadan smartfon yaratmaq üçün digər şirkətlərə nisbətən daha yaxşı vəziyyətdədir.

Milyarderin hansı senzuranı nəzərdə tutduğu açıqlanmayıb.

Əfsanə Kamal
Demokrat.az
Избранный
23
demokrat.az

1Источники