RU

"Neftçi"nin futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb

“Neftçi”nin futbolçusu Kamil Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən çıxarılıb.

"Far.Az" xəbər verir ki, o, tibbi müayinədən keçdikdən sonra həkimlərin rəyinə əsasən toplanışdan kənarda saxlanılması qərara alınıb.

“Sabah”ın oyunçuları Həzrət Səmədov və Əlibəy Mahmudov isə UEFA Gənclər Liqasında İsveçrənin “Bazel” klubuna qarşı keçiriləcək matçın ardından noyabrın 6-da toplanışa qoşulacaqlar.

Qeyd edək ki, U-17 noyabrın 4-7-də Qəbələdə, 8-9-da Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz noyabrın 10-dan 20-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Избранный
52
5
far.az

6Источники