RU

Kobaxidze "alov püskürdü": Qərb Gürcüstanın suverenliyini istəmir

"Gürcüstanın öz suverenliyini müdafiə etməsi Qərb ölkələrinin nüfuzlu adamlarının xoşuna gəlmir".

Musavat.com xəbər verir ki, bunu ölkənin baş nazir İrakli Kobaxidze Pos TV telekanalına müsahibəsində bildirib.

“Bizim ölkəmizin suverenliyinə, müstəqilliyinə, milli kimliyinə, dəyərlərinə xüsusi münasibətimiz var. Qərbdə bəzi nüfuzlu qüvvələr var ki, onlar son nəticədə obyektiv ədalətsizlik hissi doğuran konkret qərarlara təsir göstərirlər”, - Kobaxidze bildirib.

Aİ və ABŞ- la Gürcüstan arasında münasibətlər parlamentin may ayında “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra xeyli pisləşməyə başlayıb.

Avropa İttifaqı dəfələrlə Gürcüstan hökumətini bu qanundan imtina etməyə çağırıb, lakin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının liderləri ardıcıl olaraq israr edirlər ki, qanunun məqsədi Gürcüstanda fəaliyyət göstərən QHT-lərin maliyyə axınının şəffaflığını təmin etməkdir. Kobaxidze Qərb tərəfdaşlarını bu qanunu müzakirə etməyə çağırıb.

 

Şahanə Rəhimli
Musavat.com

Избранный
23
2
musavat.com

10Источники