RU

Rusiya "Apple"ı CƏRİMƏLƏDİ

Rusiyada "Apple" bəzi məzmunlara girişi bloklamadığı üçün 3,6 milyon rubl (təxminən 37 min dollar) cərimələnib.

Redaktor.az xəbər verir ki, “Apple”a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Bu platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə "Apple" 3,6 milyon rubl cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, əvvəllər ölkədə oxşar səbəblərə görə Google, TikTok və Telegram kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib.

Seymur BƏNNAYEV 

Избранный
15
4
redaktor.az

10Источники