RU

Qalant istefasının səbəbini AÇIQLADI

İsrailin keçmiş müdafiə naziri Yoav Qalant istefaya göndərildikdən sonra açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, vəzifəsindən azad edilməsinin səbəbini də izah edib.
 

“Baş nazirə (Benyamin Netanyahu - red.) izah etdim ki, həyatımın son 50 ilində prioritetim İsrail dövləti və Müdafiə Qüvvələri olub. Netanyahu ilə əsas fikir ayrılığı hərbi xidmətlə bağlı oldu. Düşünürəm ki, əsgərlik yaşına çatan hər kəs orduya getməlidir. Hər kəs orduda xidmət etməlidir.


Minlərlə vətəndaşı hərbi xidmətdən azad edən qanun qəbul oluna bilməz”, - Qalant qeyd edib.

Bizim.Media

Избранный
39
bizim.media

1Источники