RU

Serbiyada dəmiryolu vağzalındakı qəzaya görə keçirilən aksiya iğtişaşa çevrilib

Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında baş verən qəzaya görə keçirilən etiraz aksiyası iğtişaşlara səbəb olub. SİA xəbər verir ki, minlərlə insan şəhərdə yürüş keçirib. Aksiya iştirakçıları şəhər meriyasının binasına daş atıb, pəncərələri sındırıb. Bir qrup etirazçı meriya binasına məşəl atıb və nəticədə binanın birinci mərtəbəsində kiçik miqyaslı yanğın baş verib.

Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində üç nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, noyabrın 1-də dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində 14 nəfər həlak olub və 3 nəfər ağır yaralanıb. Noyabrın 2-si Serbiyada milli matəm elan olunmuşdu.

Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verəcəyini açıqlayıb.

Избранный
93
11
sia.az

10Источники