RU

AİB COP29-da uzunmüddətli nəticələr əldə etməkdə Azərbaycanı dəstəkləyir - Sünniya Durrani-Camal (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) iqlimlə bağlı fəaliyyətlərə yönəlmişsəylərini artıraraq, Azərbaycana COP29-da iqlim gündəliyinə vətəşəbbüslərinə dəstək vermək üçün maliyyə imkanlarını gücləndiribvə yeni resurslar cəlb edib.

Bunu Trend-əmüsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakınümayəndəliyinin direktoru Sünniya Durrani-Camal bildirib.

COP29-da Azərbaycanın strateji təşəbbüslərinədəstək

S.Durrani-Camal Azərbaycanın COP29-u qlobal iqlim tədbirləriüçün mühüm hadisəyə çevirmək səylərini vurğulayıb.

"Asiya və Sakit Okean regionunun iqlim bankı kimi, AİB COP29-unsədrliyini həm danışıqlar, həm də Fəaliyyət Gündəliyi çərçivəsindəqürurla dəstəkləyir", - o bildirib.

O, AİB-in COP sədrliyinə texniki dəstək göstərməkdə davam edənsadiqliyini, o cümlədən, potensialın artırılması, məsləhətxidmətləri və COP29-un əsas məsələləri üzrə bilik mübadiləsini qeydedib.

2024-cü ilin may ayından etibarən AİB ekspertləri Azərbaycanınilk Milli 2 illik Şəffaflıq Hesabatının hazırlanması üçün Ekologiyavə Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir. Bu hesabat ParisSazişinə uyğun olaraq hazırlanmalı və 2024-cü il dekabrın 31-dəktəqdim edilməlidir.

"AİB həmçinin, COP29 Sədrliyinin 6-cı Maddə üzrə danışıqlarqrupunu fəal şəkildə dəstəkləyir. Ekologiya Nazirliyi və Xariciİşlər Nazirliyi üçün beynəlxalq danışıqlarda kömək etmək məqsədilə4 seminar keçirilib. Bu seminarlar Paris İqlim Sazişinin 6-cıMaddəsinin tam icrasını təmin edərək, COP29-dan əvvəl və zamanı baştutacaq beynəlxalq danışıqlarda rəhbərlik etməyə kömək edəcək.

AİB ekspertləri Seminar təşkil edib və istixana qazlarınıninventarizasiyası üzrə Hesabatı və Milli İnventarizasiya Sənədiüçün məlumatların toplanması və təsdiqlənməsində praktiki dəstəkgöstəriblər", - Sünniya Durrani-Camal izah edib.

Bundan əlavə, AİB COP29-un sədrliyi ilə Fəaliyyət Gündəliyiçərçivəsində şəhər inkişafı və insan resurslarının təhsil, səhiyyəvə yaşıl bacarıqlar kimi sahələrdə inkişaf mövzuları da daxilolmaqla, müxtəlif təşəbbüslər üzərində əməkdaşlıq edir.

Sünniya Durrani-Camal vurğulayıb ki, AİB COP29-un sədrliyi ilədayanıqlı iqlim üçün insan resurslarının inkişafı üzrə Bakıprinsiplərinin hazırlanması sahəsində sıx əməkdaşlıq edir.

COP29 zamanı AİB, İqlim və Təhsil üzrə Bələdçi və İqlim vəSağlamlıq üzrə Portal da daxil olmaqla, sədrliyin FəaliyyətGündəliyinə uyğun bir sıra təşəbbüslər təqdim etməyiplanlaşdırır.

“AİB-in ədalətli keçid, NDC 3.0, Maddə 6, Enerji keçidmexanizmi, Asiya və Sakit okean regionu üçün Təbii Həllər üzrəMaliyyə Mərkəzi, Cəmiyyətin Dayanıqlılığı üzrə Tərəfdaşlıq Proqramıvə İqlim və Sağlamlıq Təşəbbüsü COP29-da təqdim ediləcək”, -S.Durrani-Camal əlavə edib.

AİB-in öhdəlikləri, həmçinin, Azərbaycanın əsas rol oynadığıMərkəzi və Qərbi Asiya üzrə İqtisadi Əməkdaşlıq Proqramı (CAREC)vasitəsilə regional iqlim fəaliyyətlərinə də şamil olunur. AİB-dəyerləşən CAREC Katibliyi COP29 çərçivəsində "iqlim maliyyəsi,investisiya və ticarət üzrə Bakı Təşəbbüsü"ndə fəal iştirak edir.Azərbaycanın İqtisadiyyat Nazirliyi və AİB-in birgə təşkil etdiyiCAREC tərəfdaşlığı tədbiri Maliyyə günündə – 14 noyabrda baştutacaq.

AİB prezidenti Masatsuqu Asakava COP29-da əsas tədbirlərdəiştirak edəcək. Çoxtərəfli İnkişaf Banklarının (ÇİB) İqlimFəaliyyəti üzrə İşçi Qrupuna hazırkı sədri kimi AİB, digərçoxtərəfli inkişaf bankları ilə birgə bəyanat verməyi və iqlimmaliyyələşdirilməsi sahəsində öhdəliklərini açıqlamağıplanlaşdırır.

“AİB-in COP29-da yüksək səviyyədə təmsil olunması Asiya və SakitOkean regionunun iqlim bankı kimi sadiqliyimizi təsdiqləyir vəinkişaf sahəsində etibarlı tərəfdaş kimi mövqeyimizi gücləndirir”,– S.Durrani-Camal vurğulayıb.

Nümayəndəliyin direktoru qeyd edib ki, 1999-cu ildə AzərbaycanAİB-ə qoşulandan bəri bank nəqliyyat, energetika, səhiyyə və kəndtəsərrüfatı kimi sahələrdə ekoloji cəhətdən dayanıqlı və sosialbaxımdan inklüziv layihələrə 5 milyard dollardan çox vəsaitayırıb.

“Biz bu yardımı, əsasən, dövlət sektoruna göstərmişik, lakinAzərbaycanda özəl sektoru da əməkdaşlığa daha fəal cəlb edirik”, -o deyib.

"2024-cü il bizim üçün xüsusi il oldu, çünki Azərbaycanla AİB-intərəfdaşlığının 25 illiyini qeyd etdik. Bu ilin iyun ayında AİBprezidenti Masatsuqu Asakava Azərbaycana səfər etdi və ölkədəkiislahatlara, eləcə də, "Azərbaycan 2030" proqramında göstərilənstrateji prioritetlərin həyata keçirilməsinə, Azərbaycanın regionalvə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə dəstəyin davamedəcəyinə hökuməti əmin etdi. Biz hökumətin dayanıqlı inkişafa, ocümlədən, ölkənin "yaşıl" enerjiyə keçidinə, məşğulluq və sosialmüdafiə ilə ədalətli cəmiyyət qurmağa, təhsil və innovasiyayaxərcləri artıraraq, rəqabətədavamlı və ixtisaslı işçi qüvvəsiformalaşdırmağa verdiyi prioriteti yüksək qiymətləndiririk”, –Sünniya Durrani-Camal əlavə edib.

Regionda tranzit əlaqələriningenişləndirilməsi

AİB Azərbaycanın nəqliyyat layihələrinə 1,5 milyard dollardançox sərmayə yatırıb.

"Biz Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyatdəhlizlərinin kəsişməsində yerləşməsini nəzərə alaraq, stratejiəhəmiyyətini qəbul edirik. Azərbaycan Çin Xalq Respublikası iləMərkəzi Asiya və Qafqaz iqtisadiyyatlarının Avropa iləbirləşməsində həlledici rol oynayır", - S.Durrani-Camal qeydedib.

AİB nümayəndəsi izah edib ki, AİB-in Azərbaycanda dəstəklədiyilayihələrin bir çoxu "faktiki olaraq daha geniş regional qarşılıqlıfəaliyyət Şəbəkəsinin bir hissəsidir". Bu şəbəkənin əsas komponentiXəzər və Qara dənizi vasitəsilə avtomobil, dəmir yolu və dənizmarşrutlarını birləşdirən, Asiya ilə Avropa arasında konteynertranzit daşımalarını asanlaşdıran Orta Dəhliz kimi tanınan CAREC 2dəhlizidir.

"AİB regional nəqliyyat dəhlizlərinin əməliyyat səmərəliliyininartırılması üçün Azərbaycan hökuməti və digər qonşu ölkələrləəməkdaşlıq etməyə hazırdır", - o bildirib.

S. Durrani-Camal AİB-in son beş onillikdə Asiyada mürəkkəbmultimodal nəqliyyat infrastrukturunun inkişafında təcrübəsini qeydedib.

“Körpülər, dəmir yolları, şəhər metrosu, avtomobil yolları, havalimanları və limanlar da daxil olmaqla, Asiya-Sakit Okeanbölgəsində mürəkkəb multimodal nəqliyyat infrastrukturununinkişafında təcrübəmiz var”, - o vurğulayıb.

S.Durrani-Camal qeyd edib ki, regional infrastrukturuninkişafına yanaşma, əlbəttə ki, təcrübə əsasında inkişaf edib.

"AİB hazırda gömrük rəsmiləşdirilməsini asanlaşdırmaq vəaktivlərin idarə edilməsini yaxşılaşdırmaq üçün ağıllı məlumatemalı və izləmə sistemlərindən istifadə edən regional şəbəkələr dədaxil olmaqla, inteqrasiya olunmuş nəqliyyat şəbəkələrininyaradılmasına yönəlib", - o izah edib.

S.Durrani-Camal AİB-in sadiqliyini göstərən konkret layihələrivurğulayıb. Bu layihələr arasında bu ilin sentyabr ayındaAzərbaycan dəmir yolu sektorunun inkişaf proqramı üçün təsdiqlənmiş131,5 milyon dollarlıq əlavə kredit var.

“Bununla yanaşı, hökumət və AİB Azərbaycan Dəmir Yollarınınrəqəmsal transformasiya layihəsinə 47 milyon dollar investisiyaedib, bu da əməliyyat səmərəliliyini artırmağa və yüklərintranssərhəd izlənməsini təkmilləşdirməyə yönəlib”, - o qeydedib.

Bundan əlavə, AİB Azərbaycan Dəmir Yollarında kibertəhlükəsizlikvə rəqəmsal bacarıqların səviyyəsini yüksəltməyə çalışır.

“AİB, eyni zamanda, dəmir yolu əməliyyatlarının kibertəhlükəsizliyini və öz əməkdaşlarının rəqəmsal bacarıqlarınıinkişafı artırmaq üçün texniki yardım qrantı təqdim etməyiplanlaşdırır

"Nəqliyyat və enerji infrastrukturu ilə yanaşı, Azərbaycan CARECbacarıqların inkişafı və sağlamlığın qorunması üzrə işçiqruplarının fəal üzvüdür. Azərbaycan, həmçinin regionalstrategiyaların hazırlanmasında və regionun ölkələrində potensialınmöhkəmləndirilməsi, işçi qüvvəsinin inkişafı və səhiyyə sahəsindəgöstəricilərin yaxşılaşdırılması üçün ən yaxşı təcrübəmübadiləsində mühüm rol oynayır. Gələcəkdə su təhlükəsizliyiməsələlərinin CAREC üzvləri arasında vacib müzakirə mövzusuolacağını gözləyirik", - S.Durrani-Camal deyib.

AİB-in Azərbaycanın "yaşıl" enerjiyə keçidinə dəstəyi –Böyükşor gölündə günəş enerjisi stansiyasına diqqət

Sünniya Durrani-Camal vurğulayıb ki, Azərbaycanın hökuməti vəxalqı bu il COP29 konfransını təşkil etdiyi üçün mükafata layiqdir.Azərbaycanın əsas təşəbbüslərindən biri 2027-ci ilə qədər daxiliistehlak üçün şəbəkəyə 1,870 MVt bərpa olunan enerji əlavə etməköhdəliyidir. AİB artıq ölkədə müxtəlif uğurlu enerji layihələrinə1,7 milyard dollar investisiya edib və hökumətinkarbohidrogenlərdən "yaşıl" enerjiyə keçidini analitikaraşdırmalar, siyasət üzrə konsultasiyalar və maliyyələşdirməvasitəsilə dəstəkləməyə davam etməyi planlaşdırır.

"Azərbaycanın "yaşıl" enerjiyə keçidini dəstəkləmə strategiyamızgünəş və külək enerjisinə investisiyaları, "yaşıl" enerjidəhlizlərinin inkişafını və elektrikli nəqliyyatın, o cümlədən,elektrikli avtomobillərin və "yaşıl" hidrogen kimi alternativyanacaqların təşviqini əhatə edir", – nümayəndəliyin direktoru izahedib.

Eyni zamanda, AİB mərkəzi istilik sistemlərinindekarbonizasiyasına kömək etməyə yönəlib.

Mühüm layihələrdən biri “Masdar” şirkətinin 230 MVt gücündə"Qaradağ" günəş elektrik stansiyasının maliyyələşdirilməsidir. Bustansiya Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıolacaq.

“Qaradağ" günəş elektrik stansiyası 110 min evin elektrikenerjisi ilə təmin edilməsi və illik 200 min ton CO2 emissiyasınınazaldılması məqsədini güdür” , – S.Durrani-Camal qeyd edib.

Bu layihə Azərbaycanda bərpa olunan enerji sahəsində mühüm birmərhələdir və AİB-dən 21,4 milyon dollarlıq uzunmüddətli beynəlxalqmaliyyələşdirmə ilə dəstəklənir. AİB, həmçinin, noyabr ayındaAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgəmaliyyələşdiriləcək 2 əlavə günəş layihəsi üçün idarə heyətinintəsdiqini istəməyə hazırlaşır.

2024-cü ilin iyulunda AİB, Energetika Nazirliyi və AzərbaycanBərpa Olunan Enerji Agentliyi ilə birlikdə COP29-un əsas məkanınaçevriləcək Bakı Olimpiya stadionunun yaxınlığında yerləşən Böyükşorgölündə 100 kVt gücündə üzən günəş fotovoltaik qurğusunun innovativpilot layihəsini açıb.

“AİB Bakı və Azərbaycanın digər iqtisadi bölgələrində üzən günəşstansiyalarının idarə olunması üçün özəl sektorun iştirakını nəzərəalan alternativ biznes modellərini araşdırır”, – o qeyd edib.

Bundan əlavə, AİB ölkədə külək enerjisinə investisiyalarıdəstəkləməkdə maraqlıdır və bu potensialı həm hökumət məmurları,həm də özəl investorlarla müzakirə etməyi planlaşdırır.

Regional səviyyədə Azərbaycan, Qazaxıstan və Özbəkistan 2024-cüil mayın 2-də Xəzər dənizi boyunca elektrik enerjisinin kabelvasitəsilə daşınması layihəsi üzrə AnlaşmaMemorandumu imzalayıb. Butəşəbbüs Xəzər bölgəsindən bərpa olunan enerjinin dənizaltı kabelvasitəsilə Qara dəniz üzərindən Avropaya ötürülməsi məqsədini güdən"yaşıl enerji dəhlizləri" konsepsiyasının bir hissəsidir.

"Yaşıl" enerjinin daxili istifadəsini artırmaq məqsədilə AİBAzərbaycan hökumətinə elektrik avtobuslarının satın alınmasıvasitəsilə "yaşıl" elektromobillik infrastrukturunun inkişafetdirməkdə öz köməyini təklif edir.

“Biz, həmçinin, Azərbaycanın mərkəzi istilik sisteminindekarbonizasiyasını dəstəkləyirik və bu, AİB-in Azərbaycanındavamlı enerji gələcəyinə töhfə vermək istəyini vurğulayır”, – S.Durrani-Camal qeyd edib.

Yeni Dövlət Tərəfdaşlığı Strategiyası - AİB-ningörüşü

Asiya İnkişaf Bankı (AİB) hazırda 2025-2029 illər üçünAzərbaycan ilə yeni Tərəfdaşlıq Strategiyası hazırlayır ki, bu daonun investisiya və təşəbbüslərinin əsasını təşkil edəcək.

S. Durrani-Camal strategiyanın "yaşıl" infrastrukturunmaliyyələşdirilməsi, su ehtiyatları və qida təhlükəsizliyi, ixracınşaxələndirilməsi və "yaşıl" bacarıqların inkişafı kimi əsassahələrdə hərtərəfli araşdırmalara əsaslanacağını vurğulayıb.

"AİB əməliyyat yanaşmasını təkmilləşdirməyi planlaşdırır. Ümidedirəm ki, əməliyyat yanaşmamızı yaxşılaşdıracaq və müştərilərimizətəqdim etdiyimiz dəyəri aydın şəkildə nümayiş etdirəcəyik", – oqeyd edib.

O əlavə edib ki, AİB sektorlar üzrə ayrı-ayrı layihələrdənuzaqlaşmağa, bunun əvəzinə, çoxsektorlu həllərin birgə hazırlanmasıüçün dövlət qurumları arasında dialoqun təşviqinə çalışır.

"Təbii ki, layihələr ayrı-ayrı nazirliklər tərəfindən həyatakeçirilə bilər, lakin nəticələr əməkdaşlıq vasitəsilə əldəolunacaq", – o açıqlayıb.

Resursların effektiv istifadəsinin əhəmiyyətini vurğulayanS.Durrani-Camal proqnozlaşdırılan su çatışmazlığı şəraitində kəndtəsərrüfatı istehsalının genişləndirilməsi üçün kifayət qədər suyuntəmin edilməsinin vacibliyini qeyd edib.

"Suyun və enerjinin səmərəliliyinin artırılması buna bir nümunəola bilər", – o deyib.

Strategiyanın digər əsas vəzifəsi Azərbaycanın iqtisadiyyatınıhidrokarbon modelindən istehsala, logistikaya və daha sonrabiliklərə yönəlmiş iqtisadiyyata keçirməkdir.

S.Durrani-Camal hökumətin texnoparklara investisiya qoymaq vərəqəmsal bacarıqları inkişaf etdirmək üçün stimul yaratmaqsəylərini qeyd edib.

"Hökumət texnoparklara investisiya üçün şərait yaradır vərəqəmsal bacarıqların inkişafını dəstəkləyir, həmçinin, Bakıdankənar regionlarda və qızlar üçün təşəbbüslərlə bərabər imkanlaryaradır", - S.Durrani-Camal deyib.

Onun fikrincə, həm daxili, həm də beynəlxalq investisiyalarıncəlb olunması üçün idarəetmə və şəffaflıq sahəsində daimitəkmilləşdirmələr tələb olunur.

"ASAN mərkəzlərinin yaradılması və dövlət müəssisələri iləmaliyyə qurumlarında idarəetmənin və şəffaflığın artırılması dadaxil olmaqla, bir sıra addımlar atılır", – o izah edib.

"Kiçik biznesin inkişafını dəstəkləmək, davamlı orta sinifinformalaşması və münasib qiymətli yaşayış siyasətinin tətbiqi kimivəzifələr daimi iş tələb edir. Bu mürəkkəb çağırışlar mərhələlihəllər tələb edir", - o əlavə edib.

AİB, həmçinin, "Dövlət sektorunun idarə edilməsinin vəeffektivliyinin artırılması" sahəsində Azərbaycana texniki yardımgöstərir, dövlət maliyyəsi, korporativ idarəetmə və özəl sektoruninkişafı üzrə texniki tövsiyələr təqdim edir.

"Dövlət maliyyəsinin idarə edilməsi çərçivəsində biz suveren"yaşıl" istiqrazlar, iqlim büdcəsinin etiketlənməsi, "yaşıl" dövlətmaliyyə idarəçiliyinə keçid və KOB-lar üçün iqlim maliyyələşməsiüzrə texniki tövsiyələri daxil etdik. Biz kiçik və ortamüəssisələrin davamlı, inklüziv aşağı karbonlu artım modelinəuğurla keçməsinə kömək edirik, iqlim dəyişməsinə dair yol xəritəsivə fəaliyyət planı hazırlayırıq.

Fəaliyyət planları aşağıdakı məqsədlərə yönəlib: i) KOB-lararasında iqlim siyasətlərinin uyğunluğunu, harmonizasiyasını vəinteqrasiyasını artırmaq; ii) Dövlət və özəl maraqlı tərəflərin vəqərar qəbul edənlərin iqlim dəyişikliyinin nəticələrininazaldılması və uyğunlaşma tədbirlərini KOB-ların investisiyaları vəəməliyyatlarına inteqrasiya etmələri üçün potensialınıgücləndirmək; iii) KOB-ların resurslara, o cümlədən,texnologiyalara, iqlim maliyyələşməsinə və iqlim məsləhətxidmətlərinə çıxışını artırmaq", - o əlavə edib.

AİB, həmçinin, Azərbaycan bankları ilə əməkdaşlıq üçün potensialimkanları araşdırır.

"Bu müzakirələrdə irəliləyişdən asılı olaraq AİB yerli banklaraəhəmiyyətli dəstək verməyi planlaşdırır, beləliklə, onların ölkənin"yaşıl" iqtisadiyyatının inkişafına töhfə vermə qabiliyyətiniartıracaq", - S.Durrani-Camal deyib.

Sonda, Sünni Durrani-Camal AİB-in Azərbaycanın inkişafındakıroluna inamını ifadə edərək, vurğulayıb ki, AİB-də istedadlı birkomanda var və o, əmindir ki, tərəfdaşların dəstəyi ilə AİBAzərbaycanın və regionun inkişafına əhəmiyyətli töhfələr verməyədavam edəcək.

AİB
AİB
AİB
AİB
AİB
AİB
AİB
AİB
Məqalədə:
Избранный
114
50
az.trend.az

10Источники