RU

Külli miqdarda narkotikin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

"Operativ Media" Komitəyə istinadən xəbər verir ki, DGK-nın Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan Rusiya vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılan yoxlama zamanı yükün içərisində aliminium falqalara bükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 10 kiloqram 360 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
22
3
operativmedia.az

10Источники